Menu

Tanınmış iş adamı həbsdən buraxıldı

25.07.2025, 10:55
Tanınmış iş adamı həbsdən buraxıldı

Dələduzluq ittihamı ilə həbs olunan tanınmış iş adamı Rövşən Mehdiyev azadlığa çıxıb. "Qafqazinfo”nun verdiyi məlumata görə, bu barədə məhkəmə qərar qəbul edib.

Qərara əsasən, Rövşən Mehdiyev ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, R.Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən "Caspian Energy Club”un Qırğızıstan nümayəndəliyinin rəhbəridir. O, həmçinin Çində "Falson”, Qırğızıstanda "Brok Magistr”, Türkiyədə "AEMİ” şirkətlərinin, 2022-ci ildə Azərbaycanda yaradılmış "Union Logistika” şirkətinin təsisçisidir.

İş adamı məhz "Union Logistika” ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, müştərilər Çindən aldıqları müxtəlif məhsulları şirkətə təhvil versələr də, malları onlara çatdırılmayıb. Faktla bağlı polis tərəfindən aparılan istintaq nəticəsində Rövşən Mehdiyev 2025-ci ilin yanvarında həbs olunmuşdu.

Şərhlər

Kasıb 2025-07-25 15:14:15

Bir kasıb yetim 5 manat oğurlasa tutub onu 20 il türməyə atardılar

Kohne 2025-07-25 11:21:29

6 ay yatib.....dagilasan důnya.......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol