Ukrayna PUA-ları Rusiyanın Stavropol vilayətindəki hərbi zavodu vurub. 

“AzPolitika” xəbər verir ki, Stavropol vilayətinin başçısı Vladimir Vladimirovun sözlərinə görə, səhər saatlarında sənaye obyektlərinin ərazisində zərbələr qeydə alınıb. Ölən və xəsarət alan olmayıb.

Rusiya KİV-in məlumatına görə, zərbə hərbi elektron avadanlığı istehsal edən “Signal”zavoduna endirilib. Müəssisə Qərbin sanksiyaları altındadır.

Rusiya Müdafiə Nazirliyi isə bu gecə Ukraynaya məxsus 54 PUA-nın məhv edildiyini açıqlayıb.

“AzPolitika.info”