ABŞ Prezidenti Donald Tramp Qəzzadakı humanitar böhranla bağlı açıqlama verib.
Tramp ABŞ-nin bölgəyə 60 milyon dollar maliyyə yardımı etdiyini, lakin bu yardımların nəticəsinin yerində görünmədiyini deyib.
"Qəzza’da insanlar çox acdır, yaşananlar qorxuncdur. Mən sadəcə insanların yemək tapmasını istəyirəm və buna görə də ABŞ olaraq maliyyə dəstəyi göstəririk. Bu, dəhşətli bir vəziyyətdir", - Tramp qeyd edib.
Tramp əlavə edib ki, ABŞ-nin Qəzzaya göndərdiyi maliyyə və ərzaq yardımlarının İsrail tərəfindən nəzarət olunmasını istəyirlər, çünki göndərilən yardımın sahədə təsirini görmürlər.
"AzPolitika.info"

Şərhlər