Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ Evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm.
"AzPolitika“ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox liderlər indiyədək müharibəni bitirməyə çalışdılar, lakin uğur əldə edə bilmədilər. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir”, - deyə Tramp qeyd edib.
O, avqustun 8-də Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə Ağ Evdə sülhə dair sənədin imzalanma mərasimi olacağını vurğulayıb.
Tramp bildirib ki, Birləşmiş Ştatlar həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq.
“Mən böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə çox fəxr edirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq”, - deyə o vurğulayıb.
"Azpolitika.info"

Şərhlər
İnşallah ölkəmiz üçün xeyirli və uğurlu olar. Böyük bəyin, yəni Trampın bu məsələdə nəyə qadir olacağı günün sonunda bəlli olacaq. Ona görə də gözləyək. Rusiya bu məsələdə nə mövqe sergiləyicək o da bəlli deyil. İş Ermənistanla Azərbaycana qalsa nə vardı ki. Allah "cini" putulkadan çıxarıb başımıza müsəllah edənə min nəhlət eyləsin. O cin ki, artıq bu 40 ilə yaxın müddət də o çox böyüdü. O qədər böyüdü ki, artıq Şərqdən Qərbə kimi əli uzandı.
İnşallah gözlənilən nəticə alınar. Böyük bəyin bu məsələdə nəyə qadir olacağı günün sonunda bəlli olacaq. Ona görə də gözləyək. Rusiya bu məsələdə nə mövqe sergiləyicək o da bəlli deyil. İş Ermənistanla özümüzə qalsa nə var ki. Allah cini putulkadan çıxarana nəhlət eyləsin.