Menu

Çin Alyaska görüşünü dəstəkləyir, amma...

12.08.2025, 17:34
Çin Alyaska görüşünü dəstəkləyir, amma...

Çin Rusiya-Ukrayna müharibəsində bütün maraqlı tərəflərin sülh danışıqlarında iştirak edə biləcəyinə ümid etdiyini bəyan edib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, belə bir bəyanatla Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Cian çıxış edib. Bununla da Çin danışıqlarda Ukrayna və Avropanın da iştirakına tərəfdar olduğunu ifadə etmiş olub.

Jurnalistlər brifinqdə Li Ciana Donald Tramp və Vladimir Putinin Ukrayna və ya Avropa İttifaqı nümayəndələrini dəvət etmədən sammit keçirmək qərarı ilə bağlı sual veriblər. Diplomat cavabında deyib: "Çin böhranın sülh yolu ilə həllinə kömək etmək üçün bütün səyləri dəstəkləyir və Rusiya və ABŞ-nin təmasları davam etdirməsini, münasibətlərini yaxşılaşdırmasını və Ukrayna böhranının siyasi həllini təşviq etməsini görməkdən şaddır".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol