“Putinin Alyaskaya getməsinin səbəbi prezident Trampın Ukraynaya kömək etmək üçün Avropaya silah satacağını bəyan etməsi və bunun Putini təşvişə salmasıdır”.

“AzPolitika” xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qrem “Fox News” telekanalına müsahibəsində deyib.

Qremin sözlərinə görə, Ukraynada təşkəslə bağlı danışıqlar aparmaq üçün Putini Trampdan başqa masa arxasına gətirə biləcək başqa birini təsəvvür etmək çətindir. Bundan əlavə, respublikaçı senator xatırladıb ki, ABŞ Prezidenti bu yaxınlarda Hindistana yeni tariflər tətbiq edib, çünki bu ölkə Rusiya neftini almaqda davam edir. 

O hesab edir ki, həm də bu, Putini və Kremli təşvişə salıb: "O, Rusiyanın müharibə maşınına dəstək verən Rusiya neftinin ikinci ən böyük alıcısını vurdu. Buna görə də Putin Alyaskaya gedir. Sülh güc yolu ilə əldə olunur".

“AzPolitika.info”