Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin üç hərbi qulluqçusuna ali hərbi rütbələr verilib. General-mayor Babək Vahid oğlu Qurbanov general-leytenant, polkovniklər Ceyhun Həsən oğlu Nəbiyev və Azər Əliyusif oğlu Şirinov isə general-mayor rütbəsi ilə təltif edilib.
Qeyd edık ki, general-leytenant rütbəsi verilən B. Qurbanov Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Babək Qurbanov, eyni zamanda “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə də təltif edilib.

Babək Qurbanov Şahbuz rayonundandır. O, 1982-ci ildə anadan olub.
General rütbəsinə yüksələn Azər Şirinov İkinci Qarabağ Müharibəsindən sonra Laçın Sərhəd Buraxılış Məntəqəsində sərhədçilərin rəisi olub. Hazırda isə DSX-də idarə rəisidir. O, Şuşanın, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə, eləcə də “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
General rütbəsinə yüksələn Ceyhun Nəbiyev isə Vətən Müharibəsində iştirak edən DSX-nin zabitlərindəndir.
***
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla general-mayor Babək Vahid oğlu Qurbanova “general-leytenant”, polkovnik Ceyhun Həsən oğlu Nəbiyev və polkovnik Azər Əliyusif oğlu Şirinova isə “general-mayor” ali hərbi rütbəsi verilib.

Şərhlər