Menu

Gəncəyə yeni hərbi prokuror təyin olundu

18.08.2025, 20:49
Gəncəyə yeni hərbi prokuror təyin olundu

Gəncəyə yeni hərbi prokuror təyin edilib.

Bu barədə Baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədovun təqdimatına əsasən, ədliyyə polkovniki Vəliyev Emin Səftər oğlu Gəncə hərbi prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Respublika Hərbi prokurorurluğunun yeni rəhbərliyi ilə hərtərəfli və intensiv islahatlar, o cümlədən kadr islahatları həyata keçirilir. İslahatlar çərçivəsində nəzəri bilik və peşə hazırlığı, həmçinin şəxsi keyfiyyətləri tələb edilən səviyyədə olan şəxslər yüksək vəzifələrə təyinat alırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol