Rusiyada qeyri-ruslara qarşı “səlib yürüşü” özünün pik nöqtəsinə çatmaqdadır. Bu “mübarizə” artıq miqrant uşaqlara, onların təhsil almaq imkanına qarşı yönəlib.
Məlum olub ki, əvvəlki vaxtlarla müqayisədə Rusiyada məktəblərə qəbul edilən miqrant uşaqların sayı dəfələrlə azalıb.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin sevincək şəkildə bəyan edib. Belə ki, rus dilini bilmə səviyyəsinin təsdiqlənməsi zərurəti haqqında yeni qanunun qəbulundan sonra Nijni Novqorod vilayətində miqrant uşaqlarının məktəbə qəbulu üçün müraciətlərin sayı təxminən 10 dəfə(!), Voronej vilayətində 7 dəfə(!) azalıb.
Kaluqa vilayətində təşkil olunan “imtahan”da 91 miqrant uşağından 55-i, Sverdlovsk vilayətində 66 uşaqdan 53-ü, Tula vilayətində 62 uşaqdan 32-si, Komi Respublikasında 14 uşaqdan 11-i, Krımda hər 10 uşaqdan 4-ü “kəsilib” və “rus dilini lazımi səviyyədə bilmədiyi üçün” məktəbə buraxılmayıb.
Bununla da müxtəlif bəhanələrlə qeyri-rusları təhsilə belə buraxmayan, rus şovinizmi ilə zəhərlənmiş Kreml hakimiyyəti keçmiş SSRİ xalqlarına qarşı əsl münasibətini növbəti dəfə nümayiş etdirmiş olub. Bu mənzərəyə bizdəki “rus dünyası aşiqləri” də diqqətlə baxsalar, pis olmaz...
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər
Rus mekteblerini pullu etmek lazimdi !!!!!!!!! besdi yatdiniz ayilin !!!!!!!!!!!!!!!
Bu Volodin kimi Rusiyada qəddar, şovinist 2-ci biri bəlkə də yoxdur, o ki, qaldı miqrant məktəbli sayının azalmasına bu Rusiya dövlətinin yeritdiyi siyasətin məntiqli nəticəsidir. Qeyd edirsiniz ki, """ bizdəki “rus dünyası aşiqləri”"""...inandırım sizi bizi axırımıza kimi ruslar çıxsada, o dediyiniz tip adamların onlara olan "sevgisi" zərrəcə də azalmayacaq. 2-cisi dünyada elə bir millət, xalq yoxdu ki, öz millətinin əyalətdən gələnlərinə, "çuşkə" deyib aşağılamış olsunlar...