Gəncə şəhərində 20 hektar ərazidə yerləşən “Grand Qafqaz Ticarət Kompleksi” (“Gəncə Bazar Store” MMC) banka olan kredit borcuna görə hərraca çıxarılır.
“Gununəssiz.info” saytının yaydığı məlumata görə, bazarın sahibi – Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin ailə üzvləri “Xalq Bank”dan götürülmüş 5 milyon manatlıq krediti qaytarmayıblar. Nəticədə məhkəmə kreditin əvəzinə bankın girov kimi qoyulmuş əmlakının hərraca çıxarılaraq satılması və borcun ödənilməsi barədə qərar çıxarıb.
Məlumata görə, 5 milyon manatlıq kreditin 3 milyon 800 min manatı hələ də ödənilməyib. Bank bu vəsaitlə yanaşı, 99 min 996 manat faiz borcu, gecikmənin hər günü üçün illik 30 faiz dərəcə ilə hesablanan 250 min 589 manat cərimə olmaqla, ümumilikdə 4 milyon 182 min manat pulun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Tələb edilib ki, məhkəmə borcun girov qoyulmuş əmlakın satılması hesabına ödənilməsinə qərar versin.

Məhkəmə də bu tələblə razılaşıb və ticarət kompleksinin hərraca çıxarılaraq satılmasına, əldə olunacaq vəsaitin bankın borcunun ödənilməsinə yönəldilməsinə qərar verib.
“AzPolitika”ya daxil olan məlumatlara görə, kreditin uzun müddət ərzində ödənilməməsi təəccüb doğurur. Belə ki, məlumatlara görə, Vəliyevlər hər ay bazardakı obyektlərin icarəsindən 200 min manata qədər vəsait toplayıb. Lakin bu vəsait kreditin ödənilməsinə yönəldilməyib. Bundan əlavə, MMC-nin külli miqdarda vergi borcları da yaranıb. Bu səbəbdən Dövlət Vergi Xidməti də şirkət barəsində araşdırma başladıb.

Qeyd edək ki, bazarda bütün ticarət yerləri icarəyə verilməsə də, kifayət qədər sayda obyekt fəaliyyət göstərir. Mənbələrin bildirdiyinə görə, ticarət mərkəzinin hərraca çıxarılmasına qədər gətirib çıxaran problemlər MMC-nin idarə olunmasındakı ciddi qüsurlarla bağlıdır. Əgər hər ay toplanan vəsaitlər borcların ödənilməsinə və ticarət mərkəzinin inkişafına sərf olunsaydı, bu nəhəng bazar hərraca çıxarılmazdı...
Rasim Əliyev
AzPolitika.info

Şərhlər
Böyük obyektlərin demək olar ki, hamısı Vergidən yayınma hallarına yol verir : - bunlardan biri Şəki-Bazar ASC-dir. Şəki-Bazrı uzun müddətdir ki, vegidən yayınma hallarına yol verilməsinə baxmayarfaq vergi əməkdaşları tərəfindən göz yumulur....? Şəki-Bazar ASC-nin gəliri ildə ən azı 1(bir) milyon manat olmasına baxmayaraq ildə cəmi 170 min manat gəlir göstərilir və Sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınıb! Yüzlərlə obyekti icarəyə verilməsinə baxmayarfaq heç biri ilə icarə müqaviləsi bağlanmır, aylıq alınan icarə haqları rəsmiləşdirilmir, birbaşa cibiştana gedir. Şəki Bazar ASC Tahir Qaffarov rəhbərlik edir. Olduqca savadsız, korrupsioner bir adamdır, bütün cinayətləri ört-basdır edilir...,səbəbi bilinmir ? Uzun illərdir Şəki-Bazar ASC -nin səhmdarlarının hüquqarı pozulur, aidiyyatı qurumlar bu özbaşnaıqara göz yumurlar ...?
Mənim yazdıqlarımı nədən qadağan edirsiniz? Dediklərimdə yanlış hansı fikir aşkar etmisiniz görəsən?
Ey gidi dünya, vaxt vardı qudalar bir ələ oynayırdılar, indi bir-birinin sərvətini yağmalayırlar. Gerçəkdən də dünya malı heç kimə qalan deyil. O da ola minlərlə sadə vətəndaşın əl zəhməti haqqının yeyilməsi hesabına toplanan haram var-dövlət. Necə deyərlər,oğrudan oğruya halaldır. Ara yerdə tikinti zamanı fəhlə işləmiş şəxslərin əmək haqları batıb getdi.
İqtisadiyyat nazurliyinin vergo xidmeti qış quxusuna gedin ayılmağına da ümid yoxdur.Yuxudan ayılsa belke bu cür saysuz hesabsız nöqsanlar oımaz.Buna gerek Canbarov cenabları icaze vere.