Menu

Bakının Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb

29.08.2025, 10:44
Bakının Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Məmməd Rahim küçəsində təmir işlərinə start verib.

Uzunluğu 620 metr, orta eni isə 10-12 metr olan küçədə aparılan təmir işləri çərçivəsində hazırda mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi həyata keçirilir.

Layihəyə əsasən, köhnə asfalt-beton örtüyünün frezlənməsi, küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqları və yağış barmaqlıqlarının quraşdırılması nəzərdə tutulur.

Son mərhələdə avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili məqsədilə küçədə üfüqi nişanlanma xətlərinin çəkilişi həyata keçiriləcək. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol