Menu

Azərbaycan qızıl ixracından gəlirini 2 dəfədən çox artırıb

29.08.2025, 11:47
Azərbaycan qızıl ixracından gəlirini 2 dəfədən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 178,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın avqustl sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Təkcə iyulda isə Azərbaycan 33,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.

7 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % artaraq 2,1 milyard ABŞ dolları təşkil edib.

Şərhlər

Vətəndaş 2025-08-29 12:49:21

Bəs niyə xalq bunun nətcəsni hiss etmir?Satışdan əldə edilən vəsait hara xərclənir.Axı yeraltı.yer üsü sərvətlər xalqa məxsusdur (Konstitusiya)

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol