Menu

4 yaşlı qız "ASAN Xidmət"in ikinci mərtəbəsindən yıxılaraq ölüb

29.08.2025, 12:12
4 yaşlı qız "ASAN Xidmət"in ikinci mərtəbəsindən yıxılaraq ölüb

Bu gün səhər saatlarında 4 yaşlı Həbibova Mələk Nicat qızı Şəki "ASAN Xidmət" mərkəzinin ikinci mərtəbəsindən yıxılıb.

APA-nın yerli bürosu xəbər verir ki, azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol