Menu

BQXK sentyabrın 3-də Bakıdakı ofisini bağlayacaq

29.08.2025, 15:06
BQXK sentyabrın 3-də Bakıdakı ofisini bağlayacaq

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) sentyabrın 3-də Bakıdakı ofisini bağlayacaq.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı rəhbəri Dafne Mare jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bununla belə, Azərbaycan rəhbərliyi ilə iş davam etdiriləcək.

Təşkilatın nümayəndəsi xatırladıb ki, İrəvan və Bakı arasında sülh müqaviləsinin mətnində itkin düşənlərin taleyini aydınlaşdırmaq üçün beynəlxalq qurumlarla işləmək zərurəti yazılıb. Qızıl Xaç neytral təşkilat kimi öz xidmətlərini təklif edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol