Menu

Pakistan və Ermənistan razılaşıb - Diplomatik münasibətlərin qurulması nəzərdən keçiriləcək

29.08.2025, 15:23
Pakistan və Ermənistan razılaşıb - Diplomatik münasibətlərin qurulması nəzərdən keçiriləcək

Pakistan və Ermənistan ölkələr arasında diplomatik münasibətlərin qurulması məsələsini nəzərdən keçirməyə razılaşıb.

Bu barədə "Report" Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darın "X" hesabındakı paylaşımına istinadən xəbər verir.

Pakistanlı nazir paylaşımında erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı apardığını qeyd edib.

"Bu gün xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı apardıq və Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulması mümkünlüyünü nəzərdən keçirməyə razılaşdıq", - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol