Menu

Rusiyada Məmmədli Ağayevə 20 milyonluq ittiham – Sabiq direktor dələduzluqda təqsirləndirilir

29.08.2025, 15:26
Rusiyada Məmmədli Ağayevə 20 milyonluq ittiham – Sabiq direktor dələduzluqda təqsirləndirilir

Moskva Satira Teatrının keçmiş direktoru Məmədəli Ağayev 20 milyon rublluq dələduzluqda ittiham edilib.

“AzPolitika” xəbər verir ki, bu barədə Moskva şəhər prokurorluğu məlumat yayıb.

Araşdırmaya görə, Ağayev müəyyən olunmamış şəxslərlə birlikdə teatrın vəsaitlərini mənimsəmək məqsədilə sxem qurub.

Prokurorluq bildirir ki, sabiq direktor fərdi sahibkar (İP) kimi qeydiyyatdan keçərək teatrla qəsdən reallığa uyğun olmayan müəllif müqavilələri bağlayıb. Bu müqavilələr teatr üçün layihə və tamaşaların ssenarilərini yaratmağı nəzərdə tutub, sonradan isə həmin hüquqların ötürülməsini təmin edib. İttihama görə, Ağayev və şübhəlilər bu əməliyyatdan bilet satışlarından əldə olunan gəlirin 4%-ni qanunsuz yolla mənimsəyiblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol