Menu

Tramp Kamala Harrisin mühafizə imtiyazını ləğv edib

29.08.2025, 16:27
Tramp Kamala Harrisin mühafizə imtiyazını ləğv edib

ABŞ Prezidenti Donald Tramp keçmiş vitse-prezident Kamal Harrisin xüsusi xidmət orqanları tərəfindən mühafizəsini ləğv edib.

APA xəbər verir ki, bu barədə CNN Trampın imzaladığı sənədin kopyası əsasında məlumat yayıb.

Qeyd edək ki, sabiq ABŞ prezidentləri ömürlük olaraq xüsusi xidmət orqanları tərəfindən mühafizə olunur.

Kamal Harris isə vəzifəsini tərk etdikdən sonra 6 ay müddətinə bu imtiyazdan faydalanıb.

Lakin sonradan onun imtiyazı bir il müddətinə uzadılıb.

Trampın imzaladığı sənəddə isə Harrisin mühafizəsinin ləğvi ilə bağlı göstəriş verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol