Nepalda Prezident Ramçandra Paudel istefa verib.
“AzPolitika”nın məlumatına görə, o bu qərarə sosial narazılıqların artması fonunda aıb.
Paudel 2023-cü ilin mart ayından bu vəzifəni icra edirdi. Onun istefası, bir neçə saat öncə Baş nazir Şarma Olinin vəzifədən ayrılması ilə müşayiət olunub.
Son günlər ölkədə baş verən genişmiqyaslı etiraz aksiyaları, xüsusilə sosial şəbəkələrə tətbiq edilən məhdudiyyətlərdən sonra daha da alovlanıb. Etirazların əsas iştirakçıları gənclər olub. Toqquşmalar nəticəsində 22 nəfərin həlak olduğu, 500-dən çox insanın isə müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.
Sentyabrın 9-da sosial şəbəkə məhdudiyyətləri aradan qaldırılsa da, vəziyyət sakitləşməyib. Bu gün paytaxt Katmanduda yenidən minlərlə insan küçələrə axışaraq hökumətin tam istefasını tələb edib. Aksiyaçılar Prezident Paudelin iqamətgahı və parlament binasına hücum çəkərək binaları yandırıblar.

Şərhlər