Menu

ABŞ-də amerikalı siyasətçi Çarli Kirkə sui-qəsd edilib - VİDEO

10.09.2025, 23:37
ABŞ-də amerikalı siyasətçi Çarli Kirkə sui-qəsd edilib - VİDEO

Siyasi fəal, mühafizəkar xadim və ABŞ prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.

"Report" xəbər verir ki, bu barədə universitetin nümayəndələrinə istinadən "NBC News" məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində tədbir yarımçıq kəsilib, yaralı Kirk mühafizəçilər tərəfindən aparılıb.

Qeyd olunur ki, hücumda şübhəli bilinən şəxs saxlanılıb, polis hadisə ilə bağlı araşdırma aparır.

"Fox News" Kirkin mətbuat katibinə istinadən vurğulayıb ki, hazırda siyasi fəalın vəziyyəti məlum deyil.

https://report.az/diger-olkeler/abs-de-amerikali-siyasetci-carli-kirke-sui-qesd-edilib#rprecord=eyJpZCI6InJlY29yZDo6Zjg3ODc0OTgtYTg3Ny00MWNiLWJkNjYtY2UxYjc4NzI0NDM2IiwicmVjb3JkSWQiOiJyZWNvcmQ6OjgyYTNkNTdjLWU0Y2EtNGM4OS1iYTk4LWRkZjY4MTZjNDVmZiJ9

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol