Menu

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

10.09.2025, 23:37
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Azadlıq meydanında etirazçılarla polis arasında qarşıdurma olub.

"Report"un yerli bürosu xəbər verir ki, insident etirazçıların polisin maskalı əməkdaşlarından bir neçəsinin şəxsiyyətini açıqlamağı tələb etməsindən sonra başlayıb.

Tərəflər arasındakı gərginlik qısa müddət sonra qarşıdurmaya çevrilib.

Hazırda polis əməkdaşları meydanda səfərbər olunub. Etirazçılardan bir hissəsi ərazini tərk etsə də, bir qismi hələ də meydanda qalır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol