Menu

"Vəfat etmiş şəxsin hesabındakı pensiya məbləğinin 30%-i ailəsinə verilsin" - Deputatdan təklif

11.09.2025, 13:14
"Vəfat etmiş şəxsin hesabındakı pensiya məbləğinin 30%-i ailəsinə verilsin" - Deputatdan təklif

“Bizi ən çox narahat edən məsələlərdən biri dünyasını dəyişmiş insanların ailələrinin dərhal çox çətin duruma düşməsidir". 

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Əziz Ələkbərli deyib.

O, vəfat edən şəxsin sığorta məbləğinin ailəyə verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunmasını təklif edib.

"Əgər ölən insanın həyat yoldaşının pensiya yaşına çox varsa, məsələn, gözləməlidir ki, 10 ildən sonra ərinin pensiyasını ala bilsin. Məlum deyil ki, 10 il sonra həmin şəxsin buna ömrü çatacaq, yoxsa yox. Təklif edirəm ki, vəfat etmiş şəxsin hesabına yığılmış sığorta məbləğinin heç olmasa 30%-nin dərhal ailəsinə verilməsi mümkün olsun. Qalan məbləğ isə ənənəvi olaraq pensiya yaşına çatanda ailə ondan istifadə edə bilsin. Bu da ailə başçısını itirən ailələrin sosial durumuna ciddi dəstək ola bilər”, - deyə deputat qeyd edib.

"AzPolitika.info"

Şərhlər

Pensiyaçı 2025-09-11 13:29:51

Qalan 70 faizi deputatların maaşlarına əlavə edilsin? Bəs necə olsun? Axı bu rəhmətə gedənin puludur! Vallah bu deputatlar da havayı yüksək maaşlarından başlarını itriblər.Nə danışdığına diqqət etməyi belə bacarmırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol