Menu

Azərbaycanda su tariflərinin diferensiallaşdırılması nəzərdə tutulur

11.09.2025, 13:50
Azərbaycanda su tariflərinin diferensiallaşdırılması nəzərdə tutulur

Azərbaycanda gələcəkdə su tariflərinin diferensiallaşdırılması planlaşdırılır.

Bunu "Report"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov deyib.

Onun sözlərinə görə, növbəti illərdə əsas diqqət əhalinin və sahibkarlıq subyektlərinin sudan səmərəli istifadəsi və qorunması istiqamətində maarifləndirilməsinə, sudan qanunsuz istifadənin qarşısının alınmasına, transsərhəd çaylarda və digər su obyektlərində monitorinq və nəzarətin gücləndirilməsinə yönələcək.

"Asanlaşdırılmamış istifadə hallarının qarşısının alınması, göllər və su tutarlarının düzgün uçotunun aparılması, ətraf mühitin qorunması və su obyektlərinin çirklənməsinin qarşısının alınması da prioritetlərimiz sırasındadır", - R. Aslanov qeyd edib.

O əlavə edib ki, görüləcək işlər çərçivəsində gələcəkdə sudan ödənişli istifadə qaydalarının təkmilləşdirilməsi və tariflərin diferensiallaşdırılması nəzərdə tutulur:

"Buradakı məqsəd aztəminatlı ailələr və daha çox sudan istifadə edən sahibkarlar üçün ədalətli bölgünü təmin etməkdir. Bu, tariflərin qaldırılması demək deyil, sadəcə istifadəçilər arasında fərqləndirmə aparılmasıdır. Tariflərin artırılması barədə qərar vermək müvafiq qurumların səlahiyyətindədir və yaxın gələcəkdə bu istiqamətdə addım nəzərdə tutulmur".

Şərhlər

Elşən 2025-09-11 16:48:43

Bir yaxşı yaxşı nəzərdən keçirin Allah unutmayın Azərbaycanda su yanacaqdan bahadır

həsən 2025-09-11 13:57:48

işığın qiymətini elan etmədən qaldırıblar. Suyu qazı da bəlkə də ediblər və ya edəcəklər
https://www.youtube.com/shorts/kw27jLe7vHQ
baxın buna

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol