"Bizdə bir çox adamlar hansısa xarici universitetə gedəndə, əslində, səhv yerə getdiyini bilir, amma yolundan dönmür".
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bəzən hansısa xaricdə "təhsil alan" tələbə həmin ölkənin dilini belə bilmir, amma diplomunun tanınmasını istəyir. Biz isə diplomu tanımayanda narazı qalır. Bizim işimiz odur ki, heç kimin qanunsuz aldığı diplomunu tanımayaq. Qeyri-qanuni diplom alanlara ictimai qınaq lazımdır. Təəssüf ki, Azərbaycanda qeyri-qanuni diplom alanlara ictimai qınaq yoxdur. Bizdə qeyri-qanuni diplom almaq fərasət sayılır. Bu, belə olmamalıdır", - nazir vurğulayıb.


Şərhlər
Təkcə diplom deyil əsl fərasət hərbi bilət almaqdır.Alırsan hərbi biləti yazılır məhdud yararlı gedirsən day day yanıan düzəldir səni dövlət qurumuna vəzifəyə. Olursan hörmətli savadlı oğlan ata diplom alıb day day hərbi bilet.Səfərbərlik bir yoxlasında nə qədər adam gedib dövlət qurumundan əsgərliyə çoxsu necə deyərlər məhdud yararlıdır.GÖmrükdəyi kimi amma vəzifədədir çünki day day var .