Menu

Ukraynanın Aİ-yə üzvlüyü Kiyev üçün ən güclü təhlükəsizlik zəmanətidir - Finlandiya Prezidenti

11.09.2025, 16:36
Ukraynanın Aİ-yə üzvlüyü Kiyev üçün ən güclü təhlükəsizlik zəmanətidir - Finlandiya Prezidenti

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ölkənin təhlükəsizliyinin əsas zəmanətidir.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, o, bunu Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

"Ən güclü təhlükəsizlik zəmanəti və Rusiyanın strateji məğlubiyyətinin ən güclü nümunəsi Ukraynanın Aİ-yə üzvlüyüdür. Mənim fikrimcə, bu, göründüyündən daha tez baş verəcək. Əgər biz Rusiya Prezidenti Vladimir Putinin məğlubiyyətini istəyiriksə, Ukraynanın tamamilə avropalı olması lazımdır", - A.Stubb vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol