Menu

Saakaşvilinin partiyasının sabiq sədri saxlanılıb

11.09.2025, 17:42
Saakaşvilinin partiyasının sabiq sədri saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) "Vahid Milli Hərəkat" müxalifət partiyasının liderlərindən biri Levan Xabeişvilini saxlayıb.

“AzPolitika” gürcü mediasına istinadla xəbər verir ki, bu barədə ilkin olaraq jurnalist Mixa Mşvildadze məlumat verib və saxlanma anının videosunu yayıb.

Xabeişvili saxlanmazdan öncə deyib ki, həbsini gözləyirdi: "DTX rəhbəri Mdinaradze ona verilən tapşırığı icra edir. Güc gürcü xalqındadır. Bunu gözləyirdim. Belə çıxır ki, bir nəfər - Xabeişvili İvanişvilini məğlub edə bilər".

DTX saxlanma faktını təsdiqləyib, lakin ətraflı bilgi verməyib. L.Xabeişvili oktyabrın 4-də ölkədə planlaşdırılan yerli özünüidarə orqanlarına seçkilər zamanı "dinc inqilab" elan edib. Keçmiş prezident Mixeil Saakaşvilinin yaratdığı "Vahid Milli Hərəkat" seçkiləri boykot edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol