Menu

Hindistanla razılaşma yalnız onların Rusiyadan neft almağı dayandırması halında mümkündür - Vaşinqton

12.09.2025, 00:34
Hindistanla razılaşma yalnız onların Rusiyadan neft almağı dayandırması halında mümkündür - Vaşinqton

Hindistan Rusiya neftini almağı dayandırsa, ABŞ onunla ticarət müqaviləsi bağlaya bilər.

"Report" xəbər verir ki, bunu CNBC telekanalına müsahibəsində ABŞ-nin ticarət naziri Hovard Latnik deyib.

Latnik xatırladıb ki, 2022-ci ilə qədər Hindistanda Rusiya neftinin miqdarı cəmi 1 % idisə, hazırda ABŞ-nin tarifləri səbəbindən bu göstərici 40 % təşkil edir.

"Düşünürəm ki, bunu (ticarət müqaviləsini – red.) Hindistan Rusiya neftini almağı dayandıranda həll edəcəyik", - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol