Menu

"Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" - Tramp

12.09.2025, 08:39
"Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" - Tramp

Sentyabrın 10-na keçən gecə Ukraynaya kütləvi hücum zamanı Rusiyanın çoxsaylı pilotsuz təyyarələri Polşanın hava məkanını pozub. Pilotsuz təyyarələri vurmaq üçün NATO təyyarələrindən istifadə edilib.

APA xəbər verir ki, “Clash Report”un məlumatına görə, ABŞ prezidenti Donald Tramp bunun yanlışlıqla baş verə biləcəyini istisna etməyib.

"Ola bilər ki, bu, səhv olub. Amma bundan asılı olmayaraq, bu vəziyyətlə bağlı heç nədən razı deyiləm", - Tramp deyib.

Tramp həmçinin bu müharibənin tezliklər bitəcəyinə ümid etdiyini bildirib.

Şərhlər

Sahib 2025-09-12 12:55:06

Sözün bitdiyi, şübhələrin həqiqət olduğu an.... Trampın nə vaxtsa Rusiyanın kəşfiyyatı tərəfindən ələ alındığı barədə fikirlərə şübhə ilə yanaşanlar az qala Tramp hər ağzını açıb bir söz deyəndə şübhələrinin səhv olduğunu hiss edirlər. Trampın ABŞ-ni və NATO-nu çökdürəcək fikirləri həqiqətə oxşayır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol