Menu

“Bu, səhv deyildi” - Polşa Trampa etiraz etdi

12.09.2025, 13:26
“Bu, səhv deyildi” - Polşa Trampa etiraz etdi

ABŞ Prezidenti Donald Trampın Rusiya PUA-larının Polşaya soxulmasının “səhv ola biləcəyini” deməsi Polşa hökumətində ciddi etirazla qarşılanıb. 

“AzPolitika” xəbər verir ki, Kiyevdə səfərdə olan Polşanın Xarici İşlər naziri Radoslav Sikorski Trampın açıqlamasına "Xeyr, bu, səhv deyildi", - deyə cavab verib.

Polşanın Ukraynadakı səiri Piotr Lukasievits ilə birgə görüntülərini paylaşan nazir xatırladıb ki, həmin gecə Rusiya Ukraynanı 400-dən çox PUA və raketlə vurub: "Rusiyanın 19 pilotsuz təyyarəsinin Polşa üzərindən uçduğu gecə Ukrayna üzərinə 400 PUA və 40 raket uçdu. Bunlar səhv deyildi".

“AzPolitika.info”

Şərhlər

Roma 2025-09-12 14:57:28

Deyəsən Trampın "vəzifəsi" Putinin əməllərini malalamaqdan ibarətdir...Bütün dünya ona ümüd edir ki, Rusiyanı cilovlasın bu da durub lətifəyə oxşar sözlər deyir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol