Rusiya kommunikasiyaların açılması kontekstində Ermənistanla dialoqu davam etdirilməsinə ümid edir.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Zəngəzur dəhlizindən danışarkən bildirib.
Onun sözlərinə görə, bu marşrutun praktikada necə işləyəcəyini anlamaq yalnız layihənin konkret detalları ilə tanış olduqdan sonra formalaşa bilər.
"Həmçinin bir sıra əlavə amilləri də nəzərə almaq lazımdır: Ermənistan Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanının bir hissəsidir, Cənubi Qafqaz Dəmir Yolu şirkəti Rusiya Dəmir Yollarının törəmə müəssisəsidir ki, Ermənistanın dəmir yolu şəbəkəsini idarə edir. Rusiya sərhədçiləri göstərilən marşrutun keçəcəyi ehtimal edilən ərazidə sərhədi qoruyur" - Rusiya XİN sözçüsü xatırladıb.


Şərhlər
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyir "Ermənistan Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanının bir hissəsidir, Cənubi Qafqaz Dəmir Yolu şirkəti Rusiya Dəmir Yollarının törəmə müəssisəsidir ki, Ermənistanın dəmir yolu şəbəkəsini idarə edir. Rusiya sərhədçiləri göstərilən marşrutun keçəcəyi ehtimal edilən ərazidə sərhədi qoruyur". Yəni bizim Tağı Əhmədov demişkən, ermənilərə deyir burcutmayın. Belə kio, Avrasiya kömrük məkanının bir hissəsisən, Sizdə hal -hazırda sərhədlərini qoruyan sərhədçilərimiz var, Cənubi Qafqaz Dəmir Yolu şirkəti Rusiya Dəmir Yollarının törəmə müəssisəsidir ki, Ermənistanın dəmir yolu şəbəkəsini idarə edir, ortada 10 noyabr sazişi var ki, o zaman quyruğun qapı arasında qalanda razılaşmısan ki, Zəngəzur koridoruna nəzarət Rusiya həyata keçirəcək. Daha bilmədiyimiz, nələr-nələr. Əslində araşdırılsa, zaman-zaman Rusiya "Ermənistanı" vəziyyətindən istifadə edib, onun nə strateji sahəsi var hamısını tapusuna ələ keçirib. Yəqin ki, Vaşinktonda imzalanan paraflanmada bütün bunlar gözə alınıb. İnşallah sülhə kimi bütün əngəllər aradan qalxar.