Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 32,76 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,6 % azdır.
Təkcə avqustda Türkiyə Azərbaycana 6,166 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 12,1 % çoxdur.
8 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,5 % azalaraq 11,228 milyard ABŞ dollarına, avqustda isə 8,5 % azalaraq 1,526 milyard ABŞ dollarına enib.


Şərhlər
Azərbaycan da gömrük xalqı elə soyur ki, alıb gətirdiyi qədər rüsum alırlar el bil seçib qoyublar bunları gömrüyə ...
Olmazdımı bir tikiş bir testilt kombinatı yaradıb 30-40min iş yeri və müəssisə yaradıb ölkənin milyonlara valyutasını xaricə göndərmədik.Buna nə maneçilik edirdi?Bəs niyə etmirik?