Menu

Xocalı rayonu Daşbulaq kəndinə ilk köç karvanı yola salınıb

13.09.2025, 16:50
Xocalı rayonu Daşbulaq kəndinə ilk köç karvanı yola salınıb

"Böyük Qayıdış" planına uyğun olaraq, sentyabrın 13-də Xocalı rayonun daha bir yaşayış məntəqəsinə, Daşbulaq kəndinə əhalinin köç prosesi həyata keçirilir.

"Report"un Xocalıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, ilk mərhələdə Daşbulaq kəndinə 13 ailə 67 nəfər, köçürülür.

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu Xocalının Daşbulaq kəndinə ilk köçdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol