Menu

Səidə Bəkirqızı Space TV-dən də ayrıldı - "Bu mənə bir daha sübut etdi ki..."

13.09.2025, 19:01
Səidə Bəkirqızı Space TV-dən də ayrıldı - "Bu mənə bir daha sübut etdi ki..."

Xeyli müddətdir qaçqın və məcburi köçkünlərlə bağlı fikirləri ilə gündəmdə olan jurnalist Səidə Bəkirqızı Space TV-dən ayrılıb.

AZXEBER.COM-a xəbər verir ki, Səidə Bəkirqızının aparıcısı olduğu "Xəbərin izində” verilişi növbəti həftədən başqa aparıcının təqdimatında yayımlanacaq.

Teleaparıcı faktı  təsdiq edib.

O bundan sonra jurnalistika fəaliyyəti ilə məşğul olmayacağını da deyib: "Ayrılıq qərarını özüm almışam. Nəinki televiziyadan, hətta 25 ildir ki, çalışdığım jurnalistikadan da gedirəm. Yanlış olmayan ifadələrimə görə televiziyanın yayımı dayandırıldı. Bu mənə bir daha sübut etdi ki, Səidə artıq yetər, get”.

Qeyd edək ki, Audiovizual Şura 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) "Space TV" kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul edib.

Onu da qeyd edək ki, S.Bəkirqızı bundan əvvəl məcburi köçkünlərə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün baş redaktoru olduğu “MediaTurk TV”dəki işindən uzaqlaşdırılıb.

Şərhlər

Azər 2025-09-13 21:19:51

Azərbaycan da düz söz deyən,məhf edilir.kiminsə evini zəbt eləmək düzgünlükdüsə onda hamı bir birinin evini zəbt eləsi də.

Oxucu. 2025-09-13 20:44:36

Vallah yalan yazaram,bilmirəm bu qız kimdir,həmçinin bunu müdafiyə edən Şirvandakı keçmiş polisdə,amma bu çox zərərlidir,onun üçündə KİV- ləri gərək diqqətli olsunlar belə xəstə,zərərli düşüncələri yaymasınlar.



Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol