Menu

Madriddə barda baş verən partlayışda azı 14 nəfər xəsarət alıb

13.09.2025, 20:06
Madriddə barda baş verən partlayışda azı 14 nəfər xəsarət alıb

İspaniyanın paytaxtı Madriddə barda baş verən partlayış nəticəsində azı 14 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

İdarədən verilən məlumata görə, zərərçəkənlərə lazımi tibbi yardım göstərilib.

Hadisə yerində yanğınsöndürənlər işləyir. Partlayışın səbəbləri hələ müəyyən edilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol