Menu

42 yaşlı kişi qətlə yetirilib

15.09.2025, 10:10
42 yaşlı kişi qətlə yetirilib

Sabirabad rayonunda dəhşətli qətl hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlu qətlə yetirilib.

Məlumata görə, qətlə yetirilən şəxsin başı bədənindən ayrılıb.

Qətli törətməkdə şübhəli bilinən rayonun Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətlin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol