Menu

Pezeşkian müsəlman ölkələrini İsraillə əlaqələri kəsməyə çağırıb

15.09.2025, 12:51
Pezeşkian müsəlman ölkələrini İsraillə əlaqələri kəsməyə çağırıb

İran Prezidenti Məsud Pezeşkian cari beynəlxalq məsələlərin, o cümlədən İsrailin regiondakı fəaliyyəti ilə bağlı məsələlərin birgə həlli üçün İslam ölkələrini həmrəyliyə çağırıb.

"Report" İran mediasına istinadən xəbər verir ki, bunu M.Pezeşkian İsrailin Dohaya zərbə endirməsi ilə bağlı vəziyyətin müzakirə olunacağı sammitdə iştirak etmək üçün Qətərə yola düşməzdən əvvəl bildirib.

Prezident region ölkələri arasında konsensusun və fəaliyyətlərin koordinasiyasının vacibliyini vurğulayıb.

Şərhlər

Nazim 2025-09-15 13:24:45

Pakistandan başqa heç bir müsəlman ölkəsi, başda İran dövləti ,ermənistanla əlaqəni kəsmək nədi heç qınamadı da, 30 il ərzində !!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol