Menu

Keyfiyyətli təhsil ucuz başa gələ bilməz - NAZİR

15.09.2025, 22:21
Keyfiyyətli təhsil ucuz başa gələ bilməz - NAZİR

İnsanlar çox vaxt düşünürlər ki, az pul ödəməklə yüksək səviyyəli həkim hazırlamaq mümkündür.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" proqramında deyib.

O bildirib ki, bu mümkün deyil:

"Çünki keyfiyyətli təhsil ucuz başa gələ bilməz. Burada ən vacib məsələni düzgün anlamaq lazımdır: təhsilə qoyulan pul xərc deyil, investisiyadır. Nə qədər çox investisiya qoyularsa, bir o qədər də insan kapitalı və resursları inkişaf edəcək. Bizim yanaşmamız da bundan ibarətdir ki, insanların istedad səviyyəsi, hazırlıq dərəcəsi və bacarıqlarından asılı olmayaraq, onlara qoyulan investisiya artırılmalıdır".

Nazir ilk dəfə ali təhsil müəssisələrində dövlət sifarişli proqramların genişləndirildiyini qeyd edib:

"Əvvəllər bir çox özəl ali təhsil müəssisələri dövlət sifarişində iştirak etmirdi, çünki ayrılan məbləğ kifayət etmirdi. Amma bu ildən dövlət həmin xərcləri qarşılayır. Biz əlavə olaraq SABAH proqramı mexanizmini tətbiq etdik. Nəticədə, məsələn, ADA Universitetində 180 nəfər tələbə dövlət sifarişi əsasında təhsil almağa başladı. Həmçinin Bakı Ali Neft Məktəbində və digər ali təhsil müəssisələrində də bu imkan yaradıldı".

"Bizim əsas məqsədimiz də budur: təhsilə qoyulan investisiya insan kapitalının inkişafını təmin etsin və gələcəkdə ölkənin keyfiyyətli mütəxəssislərlə təmin olunmasına xidmət etsin", - E.Əmrullayev əlavə edib.

Şərhlər

Müəllim 2025-09-16 10:47:45

Vallah bu nazirin nə dediyini anlaması çoooox şübhə doğurur.Necə yəni keyfiyyətli təhsil ucuz olmaz!Təhsili keyfiyyətsiz olan xalqın sonu nə olacaq? Bunu necə anlamaq olar?Azərbaycan kimi yer altı, üstü qzıl olan məmləkətdə niyə balalara verilən təhsil pullu və baha olmalıdır? bu cüzi təsil məsrəfini dövlət ödəyə blmir7 Bu ki, biabırçılıq, alverə. rüşvətə,korrupsiyaya yol deməkdir.Biz hansı əsrdə,hansı məmləkətdə yaşayırıq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol