Menu

İsrail Qəzzanı ələ keçirmək məqsədilə genişmiqyaslı hücuma başlayıb

16.09.2025, 08:41
İsrail Qəzzanı ələ keçirmək məqsədilə genişmiqyaslı hücuma başlayıb

İsrail Qəzzaya nəzarəti ələ keçirmək məqsədilə hücuma başlayıb.

Bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrailin həyata keçirdiyi quru hücumu 15 sentyabrda başlayıb.

"Axios" vurğulayır ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası "İsrailə mane olmaq niyyətində deyil və münaqişə ilə bağlı qərarları onun özünə buraxacaq".

Portalın mənbələri bildiriblər ki, ABŞ Dövlət katibi Marko Rubio İsrailin Baş naziri Binyamin Netanyahuyla görüşdə Vaşinqtonun "quru əməliyyatı dəstəklədiyini, lakin onun tez və mümkün qədər qısa müddətdə başa çatmasını gözlədiyini" bildirib.

"Əl-Cəzirə" kanalı bildirir ki, İsrail tankları artıq Qəzza şəhərinin mərkəzinə daxil olub. Yerli sakinlər partlayış səslərinin İsrailin mərkəzində də eşidildiyini deyirlər. Bu arada hökumətin qərarına etiraz edən israillilər Netanyahunun Yerusəlimdəki iqamətgahı qarşısında çadırlar qurub, ərazi polis tərəfindən 300 metrlik radiusda mühasirəyə alınıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol