Menu

Gələn il üçün orta aylıq əməkhaqqının məbləği açıqlanıb

16.09.2025, 10:09
Gələn il üçün orta aylıq əməkhaqqının məbləği açıqlanıb

2026-cı ildə Azərbaycanda orta aylıq əməkhaqqının 1 170,8 manata çatacağı proqnozlaşdırılır.

Bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb.

Məlumata görə, 2027-ci ildə bu göstərici 1 246,8 manat, 2028-ci ildə 1 327,6 manat, 2029-cu ildə isə 1 411,8 manat səviyyəsində olacaq.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat təşkil edib.

Şərhlər

Mühəndis 2025-09-16 10:37:41

Orta əmək haqqı anlayışı yanlış və anlaşılmaz məfhumdur.Yaxş olar ki.minmm və yüksək əmək haqqı anlayış ıortaya çıxarılsın ki. bu məlumatın bir mənası olsun.DEputatın 6000,nazirin 3-4min maaşını fəhlənin 300 manat maaaşı ilə cəmləyib orta rəqəm çıxarmaq tam yanlışdır İkinci tərəfdən verilən maaşla insanın bir ay orta səviyyədə yaşamas ımümkündürmü? Bax,bunu da düşünməkdə fayda var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol