Bakıda bəzi ərazilər yenidən qurulacaq. Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb. İşçi qrupa həmin işlərin həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaratmaq, investisiya müqavilələrinin şərtlərini razılaşdırmaq və digər zəruri tədbirləri təmin etmək vəzifəsi həvalə olunub.
"Azpolitika" Xəzər TV-yə istinadən xəbər verir ki, Yenidənqurma işlərinin həyata keçiriləcəyi ərazidə yaşayan sakinlər layihələndirmə işləri ilə əlaqədar bir neçə dəfə görüş keçirildiyini və yaşayış yerlərinin ölçüsünün götürüldüyünü bildiriblər.
Sakinlər əlavə ediblər ki, quruculuq işləri çərçivəsində park salınması da məqsədəuyğun olar.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, şəhərsalma investisiya layihələri əsasında Bakı Şəhərinin Baş Planına uyğun olaraq bir sıra ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Daha ətraflı videoda:

Şərhlər
Dəfələrlə qeyid etmişik ki, bu gün Azərbaycanıb bir nömrəli işi, Qarabağı dirçəltmək, qayıdışı sürətləndirmək və bölgələrdən Bakıya gələn köç edənlərin öz doğma yerlərini tərk etməmələri üçün, tədbirlər görməkdir. Bakı bu gün yaşanmaz bir halə gəlib. Əcaba hökümət heçmi bunun farkında olmaz.
Abşeron yarımadasında hələ AzSSR dövründən biri digərini tanıyıb, imtinasız-sız saz işləyən kiçicik Abşeron Kommunaıl hökumətində birləşə bilməyən Bakı, Xırdalan və bəlkə də Sumqayıt şəhərinin yeni məşhur Masazır şəhərciyi ilə yaratdıqları yerüstü Nyu Yorka bənzər nəqliyyat tıxacları yaradan göydələn Ehramları, yeraltı axıntı tıxacları məgər koordinaldan çox böyük-möhtəşəm bənzərsiz Arxaitektornı dəyişmə və maliyyənin Kapitalnı Sərvət təmərküzünə çevrilməsi deyilmi? Gələn beş-on ilə də inşallah nizamlanar?