Menu

BMT Qəzzada soyqırım törədildiyini bildirir

16.09.2025, 12:24
BMT Qəzzada soyqırım törədildiyini bildirir

İsrail 2023-cü ilin oktyabrından Qəzzada “fələstinliləri məhv etmək niyyəti ilə soyqırımı” törədib.

APA AFP-yə istinadən xəbər verir ki, BMT-nin Fələstin ərazilərində hüquqların vəziyyəti ilə bağlı Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının rəhbəri Navi Pillayın sözlərinə görə, Qəzzada soyqırımın baş verdiyinə və bu prosesin davam etdiyi qənaətinə gəliblər.

“Biz belə nəticəyə gəldik ki, Qəzzada soyqırımı baş verir və davam edir. Məsuliyyət İsrail dövlətinin üzərinə düşür”, - o vurğulayıb.

İsrail Xarici İşlər Nazirliyi isə Qəzzada soyqırımı iddiaları ilə bağlı BMT-nin hesabatını rədd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol