ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında Fələstin dövlətinin tanınması mövzusunda fikir ayrılığı yaşanır.
APA xəbər verir ki, bu barədə Tramp Starmerlə birgə brifinqdə jurnalistlərin suallarına cavab verərkən bildirib.
Tramp bu məsələnin Starmer ilə “bir neçə mübahisəsindən biri” olduğunu açıqlayıb.
Starmer isə qeyd edib ki, Trampla xarici siyasət mövzusunda təxminən bir saatlıq fərdi danışığı olub və Fələstin dövlətinin tanınmasının iki dövlət çərçivəsində həll yoluna doğru mühüm addım olduğunu vurğulayıb.
Tramp isə girovlara qarşı insani münasibət göstərilmədiyini əsas gətirərək baş verənlərə görə HAMAS-ı günahlandırıb.


Şərhlər