Menu

Tramp və Starmerdən Putin açıqlaması – “O, həqiqətən məni məyus etdi...”

18.09.2025, 22:24
Tramp və Starmerdən Putin açıqlaması – “O, həqiqətən məni məyus etdi...”

Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücumlarının Moskvanın sülhə maraqlı olmadığını göstərdiyini bildirib. 

“AzPolitka” xəbər verir ki, o, bu barədə ABŞ Prezidenti Donald Trampla Londonda birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Starmer deyib ki, son hücumlar “Putinin əsl simasını” üzə çıxarıb: “Daha çox qan töküldü, günahsız insanlar öldürüldü, NATO hava məkanı pozuldu. Bu, sülh istəyən liderin davranışı deyil”.

Donald Tramp isə bəyan edib: “Mən Ukrayna ilə bağlı razılaşmanın asan ola biləcəyini düşünürdüm. Amma Putin məni həqiqətən məyus etdi”. O, həmçinin bəzi ölkələrin Rusiya neftini almaqda davam etməsini tənqid edib və bildirib ki, neftin qiyməti düşərsə, Putinin müharibəni dayandırmaqdan başqa yolu qalmayacaq.

ABŞ Prezidenti konkret addımlar barədə danışmasa da, “tezliklə yaxşı xəbərlər ola bilər” mesajını verib.

Tramp səfər çərçivəsində kral III Karlın iştirakı ilə Vindzor qəsrində keçirilən qəbulda olub. Banketdə monarx ABŞ və Britaniyanın “tiraniyaya qarşı birliyi”ni vurğulayıb.

Həmçinin ABŞ və Britaniya “Texnoloji rifah sazişi” imzalayıblar. Razılaşmaya əsasən, süni intellekt də daxil olmaqla texnologiya sahəsində əməkdaşlıq genişləndiriləcək. “Microsoft” isə Britaniyada İT sektoruna 22 milyard dollar sərmayə yatıracaq.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol