Menu

BMT TŞ Qəzza və Ukrayna ilə bağlı iclaslar keçirəcək

18.09.2025, 23:22
BMT TŞ  Qəzza və Ukrayna ilə bağlı iclaslar keçirəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) sentyabrın 23-də – Baş Assambleyanın 80-ci sessiyasının "Yüksək Səviyyəli Həftə"sinin ilk günündə – Qəzza zolağındakı vəziyyət və Rusiya-Ukrayna münaqişəsi ilə bağlı iclaslar təşkil edəcək.

"Report" xəbər verir ki, bu barədə sentyabr ayında TŞ-yə sədrlik edən Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, Qəzza üzrə brifinq Bakı vaxtı ilə saat 21:00-dan 00:00-a qədər "Yaxın Şərqdə vəziyyət, o cümlədən Fələstin məsələsi" adı altında keçiriləcək. Ukrayna üzrə brifinq isə saat 00:00-dan 03:00-a qədər "Ukraynada sülh və təhlükəsizliyin təmin olunması" mövzusu üzrə baş tutacaq.

Hər iki tədbirdə ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol