Menu

Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma başlanılıb

19.09.2025, 10:58
Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma başlanılıb

Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq.

Bu barədə BŞTİ-dən məlumat verilib.

"Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 308 nömrəli məktəbin direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında o, “mən də burada qulam, pul almışam, yaxşı eləmişəm” kimi sözlərdən istifadə edir.

Şərhlər

Roma 2025-09-19 13:12:27

Bu da məktəb direktorumuz, “mən də burada qulam, pul almışam, yaxşı eləmişəm”... bu heç xadimə işləməyə layiq deyil nəinki direktor...

Asif 2025-09-19 12:13:29

Gedin bir defede DYP de arasdirma aparinda.aparmaga ehtiyac yoxdur aciq bazardir.ozlerine oddelni dovlet qurublar.m...

Eli 2025-09-19 11:12:41

Çox ecayib milletik ölke iqtisadiyyatını çökdüren dağ boyda "Akulakar" qalıb kenarda millet düşüb xurda intriqabazların tesşrine ,ne ede biler axı bu direktır ta müellimler.Eger fakt tesdiq olunsa cezalanacaqkar.Ancaq büdceni ve iqtisadiyyatı söken "milli qehremanlarsa@ öz işlerinde olacaqlar.Bax bela budur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol