Menu

"Putin Ukraynanın kapitulyasiyası ilə nəticələnməyən sülhü istəmir" - MI6 rəhbəri

19.09.2025, 11:28
"Putin Ukraynanın kapitulyasiyası ilə nəticələnməyən sülhü istəmir" - MI6 rəhbəri

Putin danışıqlar zamanı Ukraynanın kapitulyasiyası ilə nəticələnməyən sülhdə maraqlı deyil.

APA “Reuters“ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici kəşfiyyat xidmətinin (MI6) rəhbəri Riçard Mur deyib.

Onun sözlərinə görə, Rusiya liderinin Ukraynanın məğlubiyyətinə gətirib çıxarmayan sülh razılaşması əldə etmək niyyətinin olması ilə bağlı heç bir sübut yoxdur.

Britaniya kəşfiyyatının rəhbəri Putinin Ukrayna ordusunun potensialını düzgün hesablamadığını da bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol