Menu

Ukraynada daha bir azərbaycanlı həlak olub - FOTO

20.09.2025, 15:53
Ukraynada daha bir azərbaycanlı həlak olub - FOTO

Ukraynada davam edən müharibədə daha bir azərbaycanlı həlak olub.

“AzPolitika” xəbər verir ki, Ukrayna ordusunun tərkibində döyüşən 1987-ci il təvəllüdlü Həsənov Tofiq Tahir oğlu Xarkov vilayətinin Ternova kəndində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.

Ukrayna ordusunun hərbçisi olan Tahir hava dronları üzrə operator, aparıcı mütəxəssis olub. Ruhu şad olsun!

Qeyd edək ki, hal-hazırda Ukrayna ordusunda minlərlə soydaşımız döyüşür. İndiyə qədər Ukraynanın müdafiəsində 100-dən çox soydaşımız həlak olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol