Tanınmış aktyor , gənclərdən ibarət yeni yaraılan “Oda” teatrının rəhbəri İlqar Cahangir, jurnalist Elmin Bədəlov və teatrın əməkdaşı Nihat Qulamzadə bu saatlarda polis bölməsinə aparılıblar. Bu xəbəri aldıqdan dərhal sonra Gunxeber.com-un əməkdaşı E.Bədəlovla əlaqə saxlayıb. E.Bədəlov polisdə olduqlarını təsdiqləyib. Onun sözlərinə görə, hazırda Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin 10 saylı sahə məntəqəsindəirlər və “Oda” tetarının fəaliyyəti ilə bağölı izahat yazırlar. E.Bədəlov vundan artıq danışa bilməyərək izahat yazdığını deyib.
Qeyd edək ki, “Oda” teatrı bir müddət öncə yaradılıb və indiyədək bir neçə uğurlu tamaşaları olub. Teatr İSR Plaza-nın arxası – Topçubaşov küçəsi 40-da yerləşir


Şərhlər