ABŞ Prezidenti Donald Tramp Qəzzadakı müharibəni dayandırmaq üçün 21 maddədən ibarət plan hazırlayıb. 

Bu barədə İsrail mediası məlumat yayıb.

Plan BMT Baş Assambleyası çərçivəsində, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı görüşlərdə müzakirə olunub.

Planın əsas məqamları belədir:

- Bütün girovlar azad ediləcək;

- Qəzzada daimi atəşkəs elan olunacaq;

- İsrail mərhələli şəkildə Qəzzadan çıxacaq;

- Həmas hakimiyyəti sona çatdırılacaq, bölgə silahsızlaşdırılacaq;

- Yüksək vəzifəli Həmas üzvlərinə amnistiya və xaricə çıxış imkanı veriləcək;

- Ərəb ölkələrindən təhlükəsizlik qüvvələri bölgəyə yerləşdiriləcək;

- Fələstin Administrasiyası məhdud formada idarəetməyə cəlb olunacaq;

- İsrail, İordan çayının qərb sahilini ilhaq etməyəcəyinə zəmanət verəcək;

- Qəzza, ABŞ, Səudiyyə Ərəbistanı və BƏƏ-nin maliyyələşdirdiyi fond vasitəsilə yenidən qurulacaq.

"AzPolitika.info"