Menu

Tramp Netanyahuya Qətərin Baş nazirindən üzr istədib

29.09.2025, 22:31
Tramp Netanyahuya Qətərin Baş nazirindən üzr istədib

ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahuya Qətərin Baş nazirindən üzr istədib.

"AzPolitika"  Türkiyə mediasına istinadən xəbər verir ki, Netanyahunun Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Qətərin Baş naziri Əl-Tani ilə telefon danışığı aparıb  və sentyabrın 9-da Qətərin paytaxtına hücuma görə üzr istəyib.

Məlumatda bildirilir ki, İsrailin Baş naziri hücumda Qətər təhlükəsizlik xidmətinin əməkdaşının ölümündən təəssüfləndiyini bildirib.

Xatırladaq ki, sentyabrın 9-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ABŞ-nin təklifi üzrə HƏMAS-ın Qəzza zolağında atəşkəslə bağlı danışıqlar apardığı Qətərin paytaxtı Dohaya bir neçə zərbə endirib  və texniki heyəti qətlə yetirib.  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol