Xəbər verdiyimiz kimi,Əməkdar artist Cabir İmanovla rəhbəri olduğu DTX Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib.
Vida mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev də iştirak edib. Xidmət rəisi sənətkarın yaxınlarına başsağlığı verib, mərhum sənətkara Allahdan rəhmət diləyib.
Vida mərasimində bir çox dövlət rəsmiləri də iştirak edirlər.
Onların arasında xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Mərkəzi Bankın sədri Taleh Kazımov və digər rəsmilər var.
Qeyd edək ki, Cabir İmanov Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə mərhumun yaxınları, sənət yoldaşları, bir sıra rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib.







Şərhlər